Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezident İlham Əliyevin rəsmi tviter hesabında paylaşım edilib.
Zelenski atəşkəsin əldə edilməsi, qarşıdurmanın siyasi müstəviyə keçirilməsi üçün göstərdiyi səylərinə, Ukrayna əhalisinə dərman preparatları və tibbi avadanlıqların göndərilməsinə görə Azərbaycan Prezidentinə təşəkkür edib.
Qeyd edək ki, Ukrayna lideri Volodimir Zelenski də tviter hesabında telefon danışığı ilə bağlı paylaşım edib.
O, Azərbaycan Prezidenti İlham Əliyevə humanitar yardım və dərman vasitələrinin göndərilməsinə görə təşəkkür edib.