"2008-ci il Gürcüstan məsələləri yadınızdadır, Osetiyada Rusiya hərbçiləri sülhməramlı kimi iştirak edirdi və Gürcüstan özünün ərazi bütövlüyünə görə əməliyyat keçirmək istədi və Rusiya dedi ki, bu bizim sülhməramlılara təhlükədir. Hücum elədi, nəticəsi də nə oldu, məlumdur. İndi həmin o məramlılar ki, mən heç vaxt onlara sülhməramlı demirəm. Rus hərbi kontingenti ərazimizdə yerləşib. Yəni, bunlar yerləşdiyi gündən bizim üçün təhlükə mənbəyidir.
Onların icazəsi, himayəsi və tapşırığı ilə ermənilər o təxribatları həyata keçirir. Biz ona cavab vermək istəyirik, veririk də. Belə olanda onlar sülhməramlı kimi hərəkətə keçir və hədəfdə olurlar. Belə olan tərzdə bir gün görəcəksən ki, bu gün Ukraynaya müdaxilə edən həmin Putin, bir gün də deyəcək ki, mənim Azərbaycanda olan hərbi kontingentimə, sülhməramlılarıma qarşı təhlükə var və onları orada müdafiə etməliyəm. Yəni, ermənilər çox məharətlə bu məsələlərdən istifadə edə bilərlər, onlarla bizi üzbəüz qoya bilərlər və burada da çox xoşagəlməz hallar ola bilər”.
ayının 22-də imzalanan iki dövlət arasında imzalanan bəyannaməyə əsasən, biz bir-birimizin ərazi bütövlüyümüzə və sərhədlərimizin toxunulmazlığına hörmət etməliyik və eyni zamanda bizim hər birimizin ərazimizdə hansısa bir separatçı cinayətkar, qeyri-qanuni qüvvələr meydana çıxıb bizim dövlətçiliyimizə təhlükəsizliyimizə təhlükə yaradarsa, onun ləğv olunmasına biz birlikdə tədbir görməliyik. Cənab Prezidentimiz geosiyasi, geopolitik siyasətlə bu məsələlərdə müəyyən qabaqdangörənlik edib. Bu gün ərazimizdə mövcud olan həmin o separatçı, terrorçuların tək bizim tərəfimizdən yox eyni zamanda bizimlə müqaviləyə imza atan dövlətin hərbçilərinin köməyi ilə onların ləğv olunması, məhv olunması və ərazimizdən çıxarılması üçün tədbirlər görülməlidir. Əgər ikinci tərəf imzasına hörmət etsə və münasibətlərdə səmimi olsa, bunu etməlidir”.