Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Toylarda süfrəyə 15-16 növ ərzaq qoyulur, hökumət israfçılığın qarşısını almalıdır”

“Toylarda süfrəyə 15-16 növ ərzaq qoyulur, hökumət israfçılığın qarşısını almalıdır”

“Demək olar, bütün sahələrdə israfçılıq var. İsrafçılığın qarşısının alınması üçün hökumət tərəfindən tədbirlər planının hazırlanmasına ehtiyac var”.

 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev deyib. 

T. Rzayev bildirib ki, toylarda süfrəyə 15-16 növ ərzaq məhsulu qoyulur: “Təbii ki, bunun hamısını yeyə bilmərik. Bu, sadəcə israfçılıqdır. Ümumiyyətlə, digər sahələrdə də belə israfçılığa yol veririk. Hazırda isə dünyanı ən çox narahat edən problemlərdən biri ərzaq təhlükəsizliyidir. Ərzaq qıtlığı artıq bir çox ölkələrdə yaşanır. Ona görə də hökuməti israfçılığın qarşısını almaqla bağlı addımlar atmağa çağırıram”.