Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Hərbçilərimiz arasında yaralanan yoxdur. Ordumuzun Fərrux kəndindən geri çəkilməyib” - RƏSMİ

“Hərbçilərimiz arasında yaralanan yoxdur. Ordumuzun Fərrux kəndindən geri çəkilməyib” - RƏSMİ

“Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”.

 

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb.