Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rəsmi Ankara Ermənistanı “ən böyük əngəl” adlandırdı

Rəsmi Ankara Ermənistanı “ən böyük əngəl” adlandırdı

“Ermənistan özünün təcavüzkar siyasəti ilə regionda sabitliyin qarşısında ən böyük əngəldir”.

Bunu “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran deyib.

O bildirib ki, Ermənistan daxildəki problemlərdən diqqət yayındırır, beynəlxalq hüququ pozur.

 

Onun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun həllinə dəstəyini davam etdirir.

“Ermənistan qoşunları dərhal Azərbaycanın işğal altındakı torpaqlarından çıxarılmalıdır”, - deyə nazir müavini qeyd edib.

O bildirib ki, Türkiyə Azərbaycanın ATƏT-in Minsk Qrupundan narazılıqlarını da paylaşır.  

Y.S.Kıran bu ilin iyulunda Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində təxribatlarından da danışıb.

“Tovuz döyüşləri Ermənistanın bir daha təcavüzkar siyasətinin göstəricisidir”, - deyə o bildirib.