"İnsanların başı qarışır xəstəliklə mübarizəyə, ac-susuz oturur evində, dünyanı dağıdırlar”.
Bu sözləri AZXEBER.COM- açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas dünyada yayılan meymunçiçəyi xəstəliyinə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, fikirləşib yeni xəstəlik tapırlar:
"Fikirləşirlər, təzə bir xəstəlik tapırlar. Pandemiya hələ qurtarmayıb, Şimali Koreyada, Çində təzədən başlayıb. İndi də bunu yayırlar. İnsanların başı qarışır xəstəliklə mübarizəyə, ac-susuz oturur evində. Dünyanı dağıdırlar. Hələ onun peyvəndi varmı, yoxmu, heç bilən yoxdur”.
Aqil Abbas qeyd edib ki, özümüzü yaxşı aparsaq, bu xəstəlik bizim ölkəyə gəlməz:
"Meymunçiçəyi hələ ki, Azərbaycana gəlib çıxmayıb, Allaha şükür. İndi bir az özümüzü yaxşı aparsaq, heç gəlməyəcək. Onların xoşuna gələn formada yaxşı aparsaq, gəlməyəcək”.