 
                                    
                        Milli Məclisin deputatı Cavanşir Paşazadə Baku TV-nin qonağı olub.
Millət vəkili bir neçə gün əvvəl Azərbaycanda özünü milyarder elan edən şəxsin olmaması ilə bağlı verdiyi açıqlamasının təfərrüatlarından danışıb.
O qeyd edib ki, "AZAL” kimi böyük şirkətlər özlərini milyoner, ya da milyarder elan edə bilər. Lakin yəqin ki, hələ milyardları olmadığı üçün çəkinirlər.
C.Paşazadə vəzifəli şəxslərin mal-dövlətinin mənbəyinin göstərilməsi məsələsinə də aydınlıq gətirib.
"Hər seçkidən qabaq millət vəkilləri mal varlığı ilə bağlı hesabat verir. Həmin hesabatda nəyim varsa, göstərilib”, - deyə deputat qeyd edib.
 
             
                     
                     
                     
         
             
             
             
             
             
             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            



