Müdafiə Nazirliyi hazırda işğal altında olan torpaqların azad edilməsi uğrunda döyüşlərin davam etdiyini açıqlayıb.
Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib ki, bu günə qədər Azərbaycan Ordusunun bütün bölmələri humanitar hüquqa tam olaraq riayət edir: “Bu müddət ərzində düşmənə həm canlı qüvvə, həm döyüş texnikası baxımından verilən ağır itkilər nəticəsində düşmən geri çəkilir. Hazırda Ağdərə, Xocavənd və Qubadlı istqamətində döyüşlər davam edir. Düşmənə qarşı ciddi tədbirlər görülür”.