Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Mehriban Əliyeva kəlağayıya naxış vurdu

Mehriban Əliyeva kəlağayıya naxış vurdu

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunda “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.

Dövlət başçısı və birinci xanım buradakı emalatxanada kəlağayı ustası ilə söhbət ediblər.

 

Mehriban xanım Əliyeva: Salam, xoş gördük.

Prezident İlham Əliyev: Salam.

Usta: Salam. Xoş gəlmisiniz. Allah Sizi var eləsin. Mən Sizinlə fəxr edirəm ki, Sizin sayənizdə Azərbaycan xalqı qalib gəldi.

Prezident İlham Əliyev: Sağ olun. İşləriniz necə gedir?

Usta: Yaxşıdır, çox sağ olun.

Prezident İlham Əliyev: Müştəri çoxdur?

Usta: Bəli, olur. Çox sağ olun. Allah Sizi var eləsin.

Fuad Nağıyev: Cənab Prezident, turistlər yavaş-yavaş gəlməyə başlayıblar.

Usta: Mehriban xanım, bu, bizim naxışımızdır, biz buna “Basqalı” naxışı deyirik. İstəyirsinizsə, əyləşin, bir naxış da siz vurun.

Birinci xanım Mehriban Əliyeva kəlağayıya naxış vurdu.

Usta: Mehriban xanım, bu, qədim təsvirləri olan kəlağayıdır. Biz buna “Heratı” deyirik. Naxışları təmiz Azərbaycan naxışlarıdır. Bu naxışların ən azı 300-400 illik tarixi var. Bunu bu alətlə işləmişəm. O dövrdə ustalar bunu necə gözəl yonublar. Azərbaycan sənətkarlar yurdudur. Bu da onun bir nümunəsidir.