
Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışı olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan səfərindən sonra jurnalistlərə müsahibəsində bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin dəvəti ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün Azərbaycana səfər edəcək.