Araik Arutunyan yeni erməni əsirləri ilə bağlı danışıb.
SHOWNEWS.AZ xəbər verir ki, o, yeni əsirlərin olduğu faktını təsdiq edib:
“Təəssüf ki, Azərbaycan tərəfdən Xtsaberd (Çaylaqqaya) istiqamətində onlarla hərbçimiz əsir götürülüb və indi Müdafiə Nazirliyi bunu araşdırır. Şəxsən mən bu hadisədən məsul olanları məsuliyyətə cəlb edəcəyəm. Onların vətənlərinə tezliklə və təhlükəsiz qayıtması qarşıdakı səylərimizin mərkəzində olmalıdır və biz bu istiqamətdə artıq addımlar atırıq".
Qeyd edək ki, sosial şəbəkədə yayılan videolarda isə Azərbaycan ordusu son bir neçə gündən yüzlərlə erməni əsgərini əsir götürdüyünü şərh edir. Azərbaycanın MN məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.