Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Rusiya sülhməramlılarının səlahiyyətləri işgüzar qaydada həll olunmalıdır - Mariya Zaxarova

"Rusiya sülhməramlılarının səlahiyyətləri işgüzar qaydada həll olunmalıdır - Mariya Zaxarova

“Dağlıq Qarabağla bağlı verilən bütün bəyanatlar başlıca məqsədə nail olmaq niyyəti daşımalıdır”.

SHOWNEWS.AZ xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

 

O, həm münaqişə tərəflərinin, həm də regional və regiondan kənar oyunçuların Dağlıq Qarabağla bağlı verdiyi bütün bəyanatların əsas vəzifənin həlli, məhz uzunmüddətli sülh və tamformatlı nizamlanma məqsədi daşımalı olduğunu söyləyib.

“O qaldı Rusiya sülhməramlılarının səlahiyyətlərinə, konkret detallara, yerdəki vəziyyətə, funksional öhdəliklərə, cavabdeh zonalara, bütün bu məsələlər tərəflər arasında işgüzar qaydada həll oluna bilər və həll olunmalıdır. Biz Bakı və İrəvanla mövcud bütün kanallarla dialoq aparırıq. Ona görə də tərəflərdə meydana çıxan sualları mənə elə gəlir ki, bu əsasda həll etmək lazımdır”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.