Qafan şəhərinin meri Qevorq Parsyan bəyan edib ki, Ermənistan-Azərbaycan sərhəddi SSRİ-də olduğu kimi çəkiləcək. Və erməni hərbçilər ərazini tərk etməlidir. Bu göstəriş isə Ermənistanın Müdafiə Nazirliyi tərəfindən verilib.
SHOWNEWS.AZ xəbər verir ki, artıq dünəndən ermənilər Azərbaycanın işğal edilmiş ərazilərində möhkəmlənmiş hərbi postları söküb, Ermənistan ərazisinə aparırlar.
Parsyan onu da əlavə edib ki, "indi Azərbaycan silahlı qüvvələri yaşayış məntəqələrimizin 1 kilometrliyində, aeroportumuzun isə 200-300 metrliyində olacaqlar."
Xəbər verilir ki, sabah saat 17:00-dək Azərbaycan qoşunları Qafan ətrafında olan yüksəklikləri tutmalıdır.
Bu xəbərdən sonra Qafan şəhərində yaşayan ermənilər etiraz aksiyasi keçirib və əsas avtomobil yolunu bağlayıb. Onlar dövlətdən açıqlama tələb edib.
Əldə etdiyimiz məlumata görə, Azərbaycan ordusu artıq sərhəddə hazır dayanıb və əraziyə keçəcəyi saatı gözləyir.