Vətən müharibəsində qələbəmiz Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi yeni hakimiyyət quruculuğu siyasətinin nəticəsidir.
SHOWNEWS.AZ xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqlaır komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, əks təqdirdə bu çətin olardı. “Hazırda işğal olunmuş ərazilərdə quruculuq işlərinə başlanılıb. Hesab edirəm ki, işğaldan azad olunmuş ərazilərdə idarəetməyə yeni təfəkkürlü insanlar təyin edilməli və köhnə səhvlərə yol vermək olmaz.”- komitə sədri qeyd edib.
Komitə sədri əlavə edib ki, Qarabağda ölkədə yaşayan digər millətlərin və dinlərin nümayəndəsinə, şəhid ailələri, veteranların yaşamasına şərait olmalıdır: “Biz Şuşanı Qarabağın inzibatı mərkəzinə çevrilməsinə nail olmalıyıq”.