Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il ötür.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gedərək Ümummilli liderin məzarını ziyarət ediblər.
Prezident Ulu Öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın Dövlət Himni səsləndirilib. Dövlət başçısı və birinci xanım Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.