Milli Məclisin deputatı Aqil Abbas millət vəkillərinin maaşlarının az olmasından şikayətlənib.
O, bu barədə "Birincilər" verilişinə danışarkən bildirib.
Deputat bahalaşma fonunda maaşlarının az olduğundan, həmçinin postsovet ölkələri arasında ən aşağı deputat maaşının bizdə verildiyindən gileylənib.
"125 millət vəkili var. Onların çəkdiyi əziyyəti heç kəs bilmir. Elə millət vəkili var, maaşını evinə aparıb, çıxara bilmir. Deputatların maaşı qalxmayıb. Əvvəl məzuniyyətə çıxanda müalicə pulu verilirdi. Onu kəsib maaşa əlavə etdilər".
Aqil Abbas onu da qeyd edib ki, millət vəkili 300 manat maaşla dolana bilməz.