Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Hələ Şuşaya gedib çıxa bilməmişəm” - Şuşanın icra başçısı

“Hələ Şuşaya gedib çıxa bilməmişəm” - Şuşanın icra başçısı

Şuşanın icra başçısı Bayram Səfərov Şuşaya gedə bilməyib.

 

SHOWNEWS.AZ xəbər verir ki, bunu icra başçısı Modern.az-a açıqlamasında deyib.

O qeyd edib ki, hələlik mülki şəxslərin Şuşaya gediş-gəlişi üçün şərait yoxdur:

“Bütün şuşalılar şəhərə qayıtmaq istəyirlər. Bizə müraciət edirlər ki, necə gedə bilərik. Amma mən özüm belə hələ gedib çıxa bilməmişəm. Bu asan məsələ deyil. Ermənilər hər yeri minalayıblar. Diqqətli olmaq lazımdır. Əhalinin Şuşaya gedişi üçün rəsmi icazə veriləndə mən də gedəcəm”.

İcra başçısı Şuşada dağıdılan dini və tarixi abidələrin taleyinə də toxunub:

“Şuşanı dağıdıblar. Tariximizi yerlə yeksan ediblər. Bütün abidələrin bərpası üçün müvafiq qurumlar fəaliyyət göstərirlər”.