2019-cu ildə Feyza Aktandan boşanan Özcan Dənizin uzun müddətdir sevgilisi olduğu, özündən 22 yaş kiçik modelyer Samar Dadgar ilə evləndiyi iddia edilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər veir ki, anasının "Mən onun evlənməsini qətiyyən istəmirəm” xəbərdarlığına məhəl qoymayan Özcan Dənizin həftəsonu sadə mərasimlə nikah masasına əyləşdiyi iddia edilir.
Sakitcə ailə quran cütlük evlilik xəbərləri ilə bağlı heç bir açıqlama verməyib.
Qeyd edək ki, Özcan Dəniz daha əvvəl Feyza Aktanla ailəli olub. Feyza Özcanın ona şiddət göstərdiyini iddia edib. Onların bu münasibətdən Kuzey adlı oğlu var. Müğənni keçmiş həyat yoldaşı F. Aktan ilə yaşadığı problemli boşanma prosesindən sonra Samar Dadgarla eşq yaşamağa başlayıb.