Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Şəbnəm Tovuzlu Türkiyədə zinət əşyaları brendinin SİMASI OLDU FOTOLAR

Şəbnəm Tovuzlu Türkiyədə zinət əşyaları brendinin SİMASI OLDU FOTOLAR Şou biznesimizin ən tanınmış simalarından olan müğənni Şəbnəm Tovuzlu Türkiyədə bahalı və eksklüziv zinət əşyaları satışı ilə məşğul olan brendlərdən biri ilə müqavilə imzalayıb.  Müqaviləyə əsasən müğənni bir il həmin şirkətin siması seçilib və müğənni bütün eksklüziv məhsulları şəxsən özü reklam edəcək.    Müğənninin həmin müqavilədən 200 min dollar pul qazandığı deyilir.    Müqavilənin şərtlərinə görə Ş. Tovuzlu bir il heç bir zinət əşyasını reklam edə bilməz.  Əks halda müğənninin 500 min dollar cərimə ödəyəcəyi də söylənilir.    Eyni zamanda şərtlərə görə müğənni mütəmadi olaraq Türkiyədə reklam çəkilişlərində olmalı olacaq.