"2009-cu ildən üzümdə probem var. Bəzənirəm, amma pis görünür".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Səhər mərkəzi" verilişində deyib. İfaçı üzünə vurulan süni geldən danışıb:
"Üzümün gözəl dərisi var idi. Bircə burun əməliyyatı etdirmişəm. Bir burun məni nə günə qoymuşdu. Burun əməliyyatından sonra salonda dedilər ki, üzünə nəsə edək. Orada işləyən xadiməçi süni geli vurdu üzümə. O vaxtdan poblem yaşayıram. İndi onu aradan qaldıracağam".