Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Zeynəb Xanlarovadan sonra bunu Aygün Kazımova etdi"

"Zeynəb Xanlarovadan sonra bunu Aygün Kazımova etdi"

"Aygün Kazımova illərin sınağından keçmiş dostumdur. Onun illər ərzində musiqiyə, incəsənətə verdiyi töhvələr ən gözəl alqışa layiqdir. O, saf sənət niyyətli insandır. Ona görə də onu yolu, mövqeyi, əvəzolunmaz yeri hər zaman möhkəmdir".

Axşam.az xəbər verir ki, bu sözləri "Evdəkilərə salam" verilişinin efirində Xalq artisti Aygün Kazımovanı ad günü münasibəti ilə təbrik edən Xalq artisti Murad Dadaşov deyib.

"Aygün Azərbaycan estradasının nəinki parlaq və parlayan ulduzudur, eyni zamanda inqilabi bir şəxsdir. Həmişə bunu demişəm, deyirəm və yenidən təkrar edirəm; necə ki, vaxtı ikən böyük sənətçimiz, SSRİ Xalq artisti Zeynəb Xanlarova Azərbaycan musiqisinə inqilabi gəlişi ilə yeni töhfə verdi, eyni ilə Aygün də ən müasir dövrdə eyni dərəcə ilə səhnəyə təşrif buyurdu və dəbin formalaşmasında çox önəmli rol oynadı" deyə, şoumen sözlərinə əlavə edib.

Dadaşov Kazımova ilə bağlı maraqlı nüansı açıqlayaraq onun ifa texnikasını heç kəsin təkrara edə bilməyəcəyini etiraf edib:

"Bir maraqlı detalı da bölüşmək istəyirəm. Vaxti ilə "Yeni ulduz" müsabiqəsinin münsif kürsüsündə əyləşmişdim və iştirakçılar müxtəlif mahnılar oxuyurdular. Kimisi gəlirdi o ifaçıdan, kimisi də bu müğənnidən oxuyurdu. Aygün xanımın mahnılarına gəlib çatanda və akapella, yəni musiqisiz ifa olunanda o zaman bilindi ki, ifa texnikasına görə, nə qədər mürəkkəb mahnılardır. Bizim hər birimizə asan gəlir o mahnılar - "Şəklimi çək", "Badə nə badə", "Matros" və digər dillər əzbəri olan mahnılar,. Aygünün ifası və ifa texnikası çox mükəmməldir. Onu hər adam təkrar edə bilməz".