Bir çox ölkələr kimi Azərbaycan da hələ ki, "Eurovision" təmsilçisinin adını açıqlamayıb.
SHOWNEWS.AZ xəbər verir ki, lakin bu il özünü adıçəkilən yarışmada təmsilçi kimi sınayan müğənni Rauf Kinqsley nümayəndə heyati haqda şok açıqlama verib.
"Bizim deleqasiya nümayəndələri, başda Eldar Qasımov və onun meneceri Ömər Əbdülkərim olmaqla, göndərilən heç bir sənətçinin mahnıları dəyərləndirilməyib və shortlist-ə belə salmayıblar. Birbaşa olaraq Ömər Əbdülkərimin artist meneceri olduğu Mamagama qrupunu seçiblər.
Seçməkdən əlavə, qrupu bir neçə gün əvvəl dağıdıb, xarici vətəndaş olan qrup üzvünü kənarlaşdırıb, 2 gün əvvəl bir gecə ilə qondarma qrup yaradaraq Eurovision-a göndərməyi planlayırlar. Əlavə olaraq öz yaratdıqları saxta shortlist ə də elave olaraq 2-3 potensialsız artist əlavə ediblərki guya bunlar iş görür. Sonda həmin o artistlərlə sağollaşıb, yenə öz qrupları ile yollarına davam etməyi düşünürlər".
Rauf əlavə edib ki, hətta qrup öncədən qalib olacağını bildiklərindən ötən ildən seçiləcəklərinə dair postlar da paylaşıb.
Müğənni məsələnin şəffaf baxılmasını tələb edib.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri Eldar Qasımov da ötən ilin noyabrında namizəd kimi “Mamagama” qrupunu gördüyünü bildirmişdi.