Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“4 ildə onkologiyaya 1 manat belə xərcləmədik” - “TOPPUŞ BACI”dan YAZDI

“4 ildə onkologiyaya 1 manat belə xərcləmədik” - “TOPPUŞ BACI”dan YAZDI

Xərçəng xəstəliyindən dünyasını dəyişən Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal onun onkoloji xəstəliklə mübarizə aparması dövründü haqda paylaşım edib.

 

SHOWNEWS.AZ xəbər verir ki, Röyal sosial media hesabında paylaşım edərək "Toppuş bacı”nın xəstəliklə mübarizəsindən yazıb.

 

Onun paylaşımını təqdim edirik:

 

"İlk dəfə öyrənəndə ki, artıq gözəl, nur üzlü həyat yoldaşımda xərçəng var, o dərhal Qənirə Paşayevaya zəng edib bu xəstəliyin daşıyıcısı olduğunu dedi. O, "sabah gedin Milli Onkologiya Mərkəzinə, sizi qarşılayacaqlar" dedi. Sabahı gün həyat yoldaşım oraya yollandı. Akademik Cəmil Əliyev özü şəxsən zəng edərək hər şeyi tam təmənnasız olması üçün tapşırıq vermişdi. İlk əməliyyat vaxtı təyin olundu. Gözəl insan, cərrah Şəmistan həkim əməliyyat etdi və uğurlu oldu. Bu, bizim xəstəliklə tanış olduğumuz 1-ci hissə idi. İkinci hissə, törəmələr olduqda isə həyatımıza Elçin Mansurov girdi. O, sadəcə işinin peşəkarı deyildi, həm də həyat yoldaşımla ata-övlad münasibətində idilər. Və adını bilmədiyim neçə həkim, tibb bacıları, qapıda duran nəzarətçilər

 

4 il, tam 4 il bir manat belə xərcləmədik! Amma tək gerçək var ki, Quranda yazılıdığı kimi "Ya Rəsulum döyüşdən qaçanlara de ki, mənim onlara əvvəldən yazdığım ölüm günündən nə bir gün çox yaşayar, nə də ki, bir gün gec ölərlər". Və artıq həyat yoldaşım, nur üzlü xanım televiziyada işləmirdi. İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbəri İftixar Piriyev onu işə qəbul etdi. Mənim nur üzlü həyat yoldaşım əvvəllər də onunla işləyib. Hətta Ulu Öndər Heydər Əliyev "Əməkdar artist" adına layiq görmüşdü.

 

Və əlbəttə ki, Dilarə - onunla işləməyə başladılar və həyat yoldaşıma çox dəstək oldu. Son anlarda bizimlə bir əziyyət çəkən Yusif Mustafayev, Ülviyyə Əliyeva Dilşad xanım və adlarını unutduğum o insanlardan üzr istəyirəm.

 

Bütün bu olan hadisələri deməyi özümə borc bildim. Başda cənab Prezident İlham Əliyev olmaqla adlarını çəkdiyim hər kəsdən Allah razı olsun".