"Tünzalə Əliyevanın dəfn və yas mərasimi xərcini Mədəniyyət Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti ödəyib. Buna görə də yasda pul yığılmadı. Yasda bir çox sənət adamı, Gülyaz və Gülyanaq Məmmədov bacıları pul vermək istəyirdi. Afaq Bəşirqızı fond yaradılması təklifini irəli sürdü, amma alınmadı. Qərar verdilər ki, qəbr daşını sənət dostları düzəltdirsin".
Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Əliyeva sosial şəbəkədə canlı yayımda deyib. O, mərhum Əməkdar artist Tünzalə Əliyevadan danışıb. Aktrisa bildirib ki, mərhumun qəbr daşını sənət dostları düzəltdirəcək:
"Dilarə Əliyeva, Rafael İsgəndərov və Manaf Ağayev pul verib. Həyat yoldaşı Röyal da deyib, qalanını özüm ödəyəcəyəm. İnşallah, 40 mərasiminə kimi qəbr daşı hazır olar. Dedik, ailəsinə yük düşməsin. Bundan sonra uşağa baxmalıdır. Röyal ürəyindən əməliyyat olunub, artıq məşqçi kimi işləyə bilmir. Həm də qızı Zəhra səhər məktəbə gedir, günorta hazırlığa. Heç bir işdə ona istədiyi vaxt gedib-gəlməyə icazə verməzlər. Onu aparıb-gətirmək üçün taksi sürəcək".