Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuş zəlzələdə ziyan görən min ailəyə yardım edib.
SHOWNEWS.AZ xəbər verir ki, bu haqda Xoşqədəm "Səni axtarıram" verilişində deyib.
"Ölkəmizdə bizə ehtiyacı olanlar var. Hamımızın övladı var. Allah heç kimi övladsız, ailəsiz qoymasın. Biz birlikdə güclüyük. Yata, yemək yeyə bilmirəm. Orada mənim də övladım ola bilərdi. Ac qalanda heç kimdən bir tikə çörək də istəmədim. Amma bu, vətən, dövlət məsələsidir. Əlindən gələn yardım etsin" deyə, Doğuş söyləyib.
Xoşqədəm isə "Min ailəyə qızdırıcı və ədyal aldıq. İndi Doğuş bəy yola düşəcək və aparacaq. Eyni zamanda "Səni axtarıram" verilişində kampaniya başlayıb, istəyən yardım etsin" sözlərini əlavə edib.