
"MTV Azərbaycan" telekanalının rəhbərliyi Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər çəkənlərə 20 min manat məbləğində geyim göndərib.
Bu haqda kanalın aparıcısı Tarix Əliyev "Ümid ilə gəl" verilişinin canlı yayımında bildirib.
Qeyd edək ki, musiqili və əyləncəli kanal olan "MTV Azərbaycan" həmçinin qardaş ölkədə matəm elan edilməsi ilə əlaqədar efir proqramında bütün musiqili və əyləncəli verilişlərin yayımını dayandırıb.