Məşhur prodüser və aparıcı Tarix Əliyev uzun fasilədən sonra yenidən teleməkana geri qayıdır.
SHOWNEWS.AZ xəbər verir ki, bu haqda T. Əliyev özü sosial şəbəkə hesabında məlumat verib:
“Əziz dostlar, tam 9 aydan sonra yenidən aparıcı kimi evlərinizin qonağı olacağam. Bu məsuliyyətli və çətin vəzifədir. Sabahdan, yəni, 21.12.2020-ci il tarixindən həftə içi 5 gün saat 09:40-da “Günə bir şou” səhər proqramı ilə “Dalğa” telekanalının sizin qarşınızda olacağam. Bu məsuliyyətli işi mənə etibar etdikləri üçün kanal rəhbərliyinə də təşəkkür edirəm. Əminəm və ümidvaram ki, illərlə məni “Hər şey daxil” verilişində reytinqlərdə birinci edən tamaşaçı “Dalğa” TV-nin efirində də mənə bu sevinci yaşadacaq”.
Qeyd edək ki, verilişin anonsları həm “Dalğa”, həm də “Xəzər” telekanalında yayımlanır.