Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Bu gün də səhnədəyəm, yalan xəbərlər yazmayın” - Nisə Qasımova

“Bu gün də səhnədəyəm, yalan xəbərlər yazmayın” - Nisə Qasımova

“Çox yaxşıyam. Özümü də əla hiss edirəm. Hər gün restoranların birində səhnə alıram. Bu gün də səhnədəyəm. Xahiş edirəm ki, haqqımda yalan, təxribat xarakterli xəbərlər yazmayın”.

 

Bu açıqlamanı Xalq artisti Nisə Qasımova eksklüziv olaraq SHOWNEWS.AZ saytına edib. Sənətkar aylar öncə baş verən hadisəni yeni kimi qələmə verilməsinə təəssüflənib:

 

“Bu hadisə ötən ilin sonları baş verib. Səhhətimdə müəyyən problemlər yaranmışdı. Elə ötən il də müalicə aldım. Göydə Allah, yerdə loqoped-defektoloq Esmira Qafarovaya təsəkkür edirəm. Onun düzgün müalicəsi sayəsində səhhətimi bərpa etdim. Hətta bir neçə yeni mahnı da almışam. Bu ay onların ifası üçün səs yazma studiyasına gedəcəyəm”.

 

Əsrarəngiz səsə malik Nisə Qasımova narahat olan sevənlərini yaxın günlərdə yenilikləri ilə sevindirəcəyini də açıqladı:

 

“Fərqli fotosessiyalar, yeni mahnılarımla bərabər televiziya verilişlərində qonaq olacağam. Bilirəm mənim üçün darıxan çox insan var. Allah hamısını qorusun. Mən də hər biri üçün darıxmışam”.

 

Qeyd edək ki, bu gün mediada Xalq artisti Nisə Qasımovanın insult keçirdiyi haqda xəbər yayılıb.