Müğənni Günay İbrahimli hər il ənənəvi olaraq yalnız xanımları dəvət etdiyi təmtəraqlı doğum gününü qeyd etməyib.
SHOWNEWS.AZ xəbər verir ki, sənətçi Türkiyədə baş verən zəlzələdə həlak olanlara hörmət əlaməti olaraq bu addımı atdığını açıqlayıb.
"Bu gün 32 yaşım tamam oldu. İllər və hadisələr bizi sürətlə dəyişir. Ətrafımızda baş verən hadisələr fərqində olmadan üzərimizdə təsir buraxır.
Normalda doğum günümü sevdiyim insanların, dostların, doğmaların əhatəsində qeyd etməyi sevirəm. Amma qardaş Türkiyədə baş verən bu faciəvi hadisədən sonra vicdanım buna əl vermir. Minlərlə insanlar həlak olub, minlərlə insanlar dağıntı altında xilas olunmağı gözləyirlər. Minlərlə insanlar evsiz, yuvasız qalıblar. Milyonlarla insanlar səfərbər olublar. Bu baş verən hadisələr məni yaşımdan daha çox böyütdü. Dünya, təbiət qarşısında necə aciz, zəif olduğumuzu daha dərindən dərk etdim. Amma üzərində qururla, ədayla gəzirik, sanki biz var idik, dünya bizim üzərimizə yaranmış kimi. Diqqət göstərən, təbrik edən bütün hər kəsə təşəkkürümü bildirirəm. Çox sağolun".