Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Prodüseri həbs etdirən musiqiçi qızının atasıdır?

Prodüseri həbs etdirən musiqiçi qızının atasıdır?

Xəbər verdiyimiz kimi, prodüser Təranə Səmədova bir neçə gün əvvəl həbs edilib. 

DİN-dən verilən məlumatda onunla bağlı bir musiqiçinin şikayət etdiyi bildirilib. 

Axşam.az-ın məlumatına görə, T.Səmədova bir müddət əvvəl həyat yoldaşı kimi təqdim etdiyi Rasim Həsənovun həbs olunduğunu açıqlamışdı. O iddia etmişdi ki, onunla bağlı şikayəti qızı Suelin atası, musiqiçi Abbas Səfərov verib.

"Qızımın musiqiçi atası həyat yoldaşımı həbs etdirib. Səhifəmdə Abbasın ailəsi ilə şəklini paylaşmışam, gedib şikayət edib ki, ailəsini narahat etmişəm, şantaj olunub" deyən Təranə Abbasdan dəfələrlə şikayətini geri götürməsini istədiyini vurğulayıb. 

Abbas Səfərov nağara ifaçısıdır və Xalq artisti Ənvər Sadıqovun "Qaytağı" ansamblında çalışır.
Qeyd edək ki, prodüserin həbs olunması ilə xəbəri eksklüziv olaraq SHOWNEWS.AZ saytı yazıb.