Müğənni Luna Qomesin başına xoş olmayan hadisə gəlib. Sənətçinin evində xadimə kimi çalışan Təranə adlı xanım onun qızıllarını oğurlayıb.
Hadisə haqda Luna SHOWNEWS.AZ saytına danışıb. O, oğurluq hadisəsi ilə bağlı Yasamal rayonu 26-cı polis bölməsinə şikayət etdiyini açıqlayıb:
"Bir neçə aydır evimdə işləyən xadiməm qızıllarımı oğurlayıb. Heç polisə də vermək istəmirdim. Özünə dedim qaytar. Mən pislik etmək istəmirəm. Qızıl sepimi və qolbağımı qaytardı. Qalan oğurladığı qızıllarımı isə qaytarmayıb. Polisə şikayət etmişəm. İnanıram ki, Azərbaycan polisi bu oğurluq hadisəsinin tapılması üçün əlindən gələni edəcək".