"Evlilik mövzusunda gözəl danışa bilərəm. Amma danışa bilmirəm, heç vaxt da danışmayacağam. Həyat dava edir, gözəl yaşamağı arzulayın və edin. Evlilikdə kriteriya yoxdur. O hiss gələndə çirkin də gözündə gözəl olur. Gözəllik dəlisiyəm. Hər kəsin bir yarı var, nə vaxtsa tapır".
Bu sözləri aparıcı Şəhriyar Əbilov "Ulduzla" verilişində deyib. Kişi-qadın münasibətlərindən danışan aparıcı bunları əlavə edib:
"Bu prinsip məndə olub: evli qadınla münasibət qurmaram. İnstaqramda yazırlar, görmüşəm evlidir uzaq olmuşam. Evli olub, artıq hərəkət etməyin. Alınmırsa, ayrılın və başqa həyat qurun. Qadınlar uğurlu kişilərdən zövq alır".
"Bu gün övladına atalıq borcunu yerinə yetirə bilirsən? Övlada görə valideynlər arasında dostluq münasibətini qoruyursan" sözlərinə Şəhriyar "Bacardığımı edirəm. Atalıq, övlad borcu ödənilmir. Dayanmadam davam edir. Övladını sevən biri ki, bacardığımı edəcəyəm. Var gücümü yönəldəcəyəm ki, dostu olum, onu irəli aparım. Hər şey övladım üçündür" cavabını verib.
Qeyd edək ki, Çəhriyar rəqqasə-aktrisa Oksana Rəsulova ilə ailəli olub. Onların Osman adlı övladı var. Cütlük ötən il ayrılıb.