Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rəqqasə ilə müğənninin müəmmalı ölümlərinin SƏBƏBİ BİLİNDİ

Rəqqasə ilə müğənninin müəmmalı ölümlərinin SƏBƏBİ BİLİNDİ

Gəncədə müğənni və rəqqasənin vəfat etdiyi hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ilkin araşdırmalardan sonra 1989-cu il təvəllüdlü Əliyev Turxan Tofiq oğlunun və 2000-ci il təvəllüdlü Abdullayeva Aytən Elsəvər qızının dəm qazından zəhərlənmə səbəbindən vəfat etmələri müəyyənləşib.

 

O da məlum olub ki, hər iki şəxs fevralın 18-də Gəncə şəhər sakini Y.Rzayevaya məxsus evə qonaq gediblər. Onlardan xəbər ala bilməyən yaxınları polisə müraciət ediblər. Fevralın 19-da günorta saatlarında isə hər iki şəxsin qonaq getdikləri evdə həyatını itirdikləri məlum olub.

Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.