Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Sənət yoldaşları Ramiz Novruzla vidalaşdılar

Sənət yoldaşları Ramiz Novruzla vidalaşdılar

Dünyasını dəyişən Xalq artisti Ramiz Novruzla vida mərasimi keçirilir.

OLAY yazır ki, artıq məşhur aktyorun yaxınları Yasamal rayonundakı evinə toplaşır.

Ailəsinin verdiyi məlumata görə, aktyor ötən gün 23:00 radələrində həyatını itirib və teatr ulduzunun dəfn olunacağı məkan dəqiqləşməyib. Hazırda Mədəniyyət Nazirliyi ilə müzakirələr aparılır.

***

Ailəsi vidanın Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olacağını iddia etsə də, “AzDrama”nın mətbuat xidməti məlumatı təkzib edib. Teatrdan bildirilib ki, yaxın 1 saat ərzində yekun qərar ictimaiyyətə təqdim olunacaq.

***

Akademik Milli Dram Teatrından OLAY-a məlumat verilib ki, vida mərasimi teatrda yox, evində baş tutacaq. 

***

Aktyorun nəşi yaşadığı mənzildən alqışlar sədasında yola salındı. 

Dilşad Bəhruzqızı

Fotolar: Hüseyn Həsənov