Könül Kərimova oğlunu evləndirmək istəyir.
Axşam.az xəbər verir ki, Əməkdar artist Könül Kərimova "Səhər mərkəzi" verilişində oğlu Rəşadla bağlı sualları cavablandırıb. O bildirib ki, oğlunu evləndirmək istəyir:
"Bu il məni sevindirəcək. Oğlum yaraşıqlıdır. Deyirəm ki, qəşəng qız olsun. Çirkin qızı oğluma necə alım? Ağıllı, saçı uzun, sarışın olsun. Saçı qaynaq olmasın, sarışın olsun. Gəlin mənim süpürgəmdir, harada desəm oturacaq. Onun dediyi ilə oturub-durmayaq. İndiki gəlinlər gedib, özləri ilə adət-ənənə aparır. Ali təhsili ola da bilər, olmaya da".
Kərimova "Müğənni olsa olar" sualına "Mən çöllərdəyəm, evdə oturan olmalıdır? Gəlin də küçələrdə olsun, evdə oturan, çay dəmləyən olmasın? başqa niyyətlə demirəm. Qardaşımın qızını litseydən çıxardım, musiqi məktəbinə qoydum. Müğənniləri təhqir etmirəm. Sadəcə, gəlinimi istəmirəm" cavabını verib.