Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Hörmətsiz aktyorlar, başınızın çarəsinə baxın" - TƏNQİD ETDİ

"Hörmətsiz aktyorlar, başınızın çarəsinə baxın" - TƏNQİD ETDİ

Aktyor Kamran Ağabalayev də Xalq artisti Ramiz Novruzla vida mərasiminin çalışdığı Akademik Milli Dram Teatrında keçirilməməsini tənqid edib.

Aktyor bununla bağlı paylaşım edib.

"Ramiz Novruza əgər "Səni dünyalar qədər sevirdim" deyib, son mənzilə yola salmadısa Akademik Milli Dram Teatrı, Mədəniyyət Nazirliyi bu, o deməkdir ki, hörmətsiz aktyor və aktrisalar, başınızın çarəsinə baxın. Yəni, Xalq artistinə, xalqın artistinə, Prezident təqaüdçüsünə göstərilən münasibətdir bu... İndi özünüz fikirləşin... Çox heyf, əlimizi ürəyimizə qoyub, rahat şəkildə xalqın artisti dediyimiz biri idi Ramiz bəy" deyə, Kamran əlavə edib.