Aparıcı Samirə Mustafayeva estetik əməliyyatlarının sayını açıqlayıb.
OLAY yazır ki, bu barədə o, “Həmişə gözəllikdə” verilişində qonaq olarkən danışıb.
Burnunu və dişini estetik əməliyyat etdirdiyini deyən Samirə dodaqlarına da prosedur olunduğunu qeyd edib:
“İnsan niyə vaxtından əvvəl qoca görünməlidir?! Bu gün kişilər belə botoks etdirirsə, qadınlar niyə etməsin?!”, - deyə, Samirə vurğulayıb.
Televiziyadan uzaqlaşdığı zamanlarda gözəllik salonu açmasından söz açan S. Mustafayeva oraya müştəridən çox tamaşaçının gəldiyini də bildirib.