Aparıcı Ülvira Qarayeva sosial şəbəkədə yazdığı statusla diqqət çəkməyi bacarıb.
O, indiki uşaqlardan fərqli olaraq, öz dövrünün uşaqlarının daha saf olduğunu vurğulayıb:
“Bizim uşaqlığımız məlumatsız olub. Mənə deyirdilər, səni mağazadan almışıq, özü də “Detmir”dən. “Detmir” Naxçıvanda ən böyük uşaq aləmi mağazası idi. Mən də qardaş istəyirdim. Anam deyirdi, bacı istəyirsən, gedək alaq, 15 qəpikdir, qardaş bahadı, 1 manatdı. Böyüyənədək nə qədər ağladımsa, 1 manat yığa bilmədilər”.