Tanınmış telejurnalist Turan İbrahimov çalışdığı "Space" kanalı ilə yollarını ayırıb.
SHOWNEWS.AZ xəbər verir ki, bu haqda T. İbrahimov sosial şəbəkədə paylaşım edib:
"İki həftə əvvəl verdiyimiz qərardı. Space TV- dən gedirəm. Kanal yeni yayım formatına keçir, əsasən yumora üstünlük veriləcək və xəbər tərkibli verlişlərə ehtiyyac qalmır. Mən isə tərkibi informasiya, xəbər olmayan verlişlə efirdə olmaq istəmirəm. Başda dostumuz Vado Korovin olmaqla yeni komandaya uğurlar arzulayıram".
Qeyd edək ki, "Space" telekanalının rəhbəri bir neçə həftə öncə dəyişdirilib. Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov "Space" müstəqil teleradio şirkətinin rəhbəri vəzifəsindən gedib. Onun yeri isə "Parni iz Baku” KVN komandasının keçmiş üzvü, ATV və "Lider" telekanallarında müxtəlif vəzifələrdə çalışan Vado Korovinlə əvəz olunub.