
Müğənni Nigar Camalın başına iş gəlib.
SHOWNEWS.AZ xəbər verir ki, KİA markalı 99-RJ-449 dövlət nömrə nişanlı avtomobil sənətçinin idarə etdiyi BMW markalı avtomobilin yolunu kəsib.
KİA-nın sürücüsü avtomobilindən düşərək müğənninin üstünə gəlib. Sənətçi avtomobilinin şüşəsini endirməsə də, aqressiv sürücü zərbə ilə müğənninin avtomobilinin sol güzgüsünə yumruqla zərbə endirib.