"Bir neçə əməliyyatı bir yerdə etdirdim. Ona görə 8 saat cərrah masasında yatmalı oldum. İnanın bunu ancaq peşəkar həkimlər görə bilər. Qeyri-peşəkar həkim heç vaxt bu qədər əməliyyat apara bilməz. "Funda" klinikaya təşəkkür edirəm ki, Maqamed Poluxov kimi peşəkar bir həkimlə tanış oldum. Ona sonsuz təşəkkür edirəm".
SHOWNEWS.AZ xəbər verir ki, bu açıqlamanı ötən gün əməliyyat olunan müğənni Dəniz Əsədova edib. Sənətçi öncə etdirdiyi əməliyyatların yaratdığı qüsurları aradan qaldırmaq üçün məcbur əməliyyata girdiyini etiraf etdi:
"Reklama aldanıb tanınmış cərrahda əməliyyat etdirmişdim. Bu mənim ən böyük səhvim idi. Uzun araşdırmadan sonra Maqamed doktoru tapdım. Diastaz və ginekoloji əməliyyat olundum. Eyni zamanda alın və gözgərmə əməliyatları və lipoksasiyanı da eyni anda etdirdim. "Funda" klinikanın baş həkimi Lamiyə Hümbətova başda olmaqla, bütün tibbi personalından çox razıyam. Nə yaxşı ki, mən buranı tapdım".