Xalq artisti Məleykə Əsədova "Xeyirli axşamlar" verilişində aktrisaların gəlirindən danışıb. O, müğənnilərin onlardan çox qazanmasından bildirib:
"Biz maaş alırıq, maaşa baxırıq. Oxuyanlar bu sahədə udur. Həmişə toya gedirlər. Aktyorlar isə fəadakardılar. Başqalarının taleyini yaşayırıq, ürəyim zəifləyib, çətin obrazları sevə-sevə yaradıram. Şükr edirəm ki, Allah bu istedadı mənə verib. Aktrisalıqdan başqa iş görə bilmərəm".