Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Qadın ərini qısqananda özünü aşağılayır" - Əməkdar artist

"Qadın ərini qısqananda özünü aşağılayır" - Əməkdar artist

"Qadınlar ərlərini dəxlisiz yerə qısqanır. Qadın ərini qısqananda özünü aşağılayır. Şəxsi fikrimdir, belə düşünürəm. Qadın nə qədər həyat yoldaşının arxasına düşsə, onu güdsə, qısqanclığını büruzə verirsə, kişinin ayağı yer alır. Beynində formalaşır ki, məni çox istəyir".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Bəsdi Bəkirova "Gündən günə" verilişində deyib. Qısqanclıqdan danışan müğənni qadınları tənqid edib:

"35 ildir bir kişiylə, həyat yoldaşı ilə yaşayıram. 1987-ci ildə ailə qurmuşuq və iki övladımız var. Gənc yaşda olan qısqanclıq artıq yox olmağa başlayıb. Qısqanclıq xəstəlikdir. Xəstəlik necə get-gedə qocalırsa, qısqanclıq da yaşlanır. Bilirsən ki, həyat yoldaşındır, hara gedəcək? Mən qadın qısqanclığını tənqid edirəm. Kişi qısqana bilər. Mənim də həyat yoldaşım indi qısqanır. Amma mən onu qısqanmıram".