"Təəsüf ki, bu gün gündəmi zəbt edən sənətçilərin çoxu ifa etməyi bacarmayan, bayağı müğənnilərdir. Ancaq mənasız qalmaqallar, atmacalarla gündəmə gəlirlər. Heç görünüşləri də yoxdur. "Talkuçka" vidində efirlərə çıxıb, "talkuçka" mahnıları da oxuyurlar".
SHOWNEWS.AZ xəbər verir ki, bu açıqlamanı müğənni Luna Qomes edib. Lunanı ən çox narahat edən həmin müğənnilərin inkişafa meylli olmamalarıdır:
"Olub ki, bir neçə bayağı ifaçılarla eyni məkanda olmuşam. Onlara məsləhətimdən də qalmamışam. Əvvəllər Nailə xanımdan dərs almağı məsləhət görürdüm. Amma sonradan anladım ki, sözlərim boşunadır. Artıq həmin ifaçıları instaqramda bloklayıram".