Tanınmış film istehsalçısı “Cinemazadeh” aktyor Müşviq Şahverdiyevi məhkəməyə verib.
Axşam.az xəbər verir ki, məhkəmə bu gün başa çatıb. Hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən məhkəmədə Müşviq Şahverdiyev təqsirli bilinib.
Bu haqda aktyor özü məlumat yayıb. O bildirib ki, ona qarşı haqsızlıq edilib:
"Məhkəmə sona çatdı, nə qədər sənədlər, səsli mesajlar, danışıqlar topladıq. Məhkəmə ədalətsiz qərar verdi. Hakim Ülkər Həsənova idi. Onların yalan sübutu qəbul olundu. Guya, film çəkiblər, mən getməmişəm. Mənə verdikləri avansı tələb edirlər. Utandım, utandırıcı bir şeylər etdilər. Bu ədalətsizliyi edib, sonra insanların gözünə necə baxırlar, təəssüf edirəm. Şirkətin direktoru Cəfər Axundazə, hələ iş bitməyib. Apellyasiya məhkəməsinə müraciət edəcəyəm. Hər şeyi sübut edəcəyəm".
Qeyd edək ki, şirkət aktyordan 90 min manat təzminat tələb edir. Şirkət Müşviqlə filmə çəkilməsi üçün müqavilə imzaladığını, aktyorun isə çəkilişlərə gəlmədiyini iddia edib.