Müğənni Dilarə Kazımova Xalq artisti Aygün Kazımovanın dəbdəbəli ad günü məclisində yer almama səbəbindən danışıb.
Bu barədə sənətçi “Şou xəbər”ə açıqlama verib. Dilarə deyib ki, estrada ulduzu onu ad gününə dəvət etməyib:
“Aygün xanım məni çağırmamışdı. Heç kim məni məclisə dəvət etməmişdi. Çağırılsaydıq, mütləq gedərdik”.
Qeyd edək ki, A. Kazımovanın tədbirində əksər şou nümayəndəsi iştirak etmişdi.
Onu da xatırladaq ki, Dilarə ilə Xalq artistinin münasibəti hər zaman yaxşı olub. Hətta ifaçı efirdə A. Kazımova ilə duet oxumaq istədiyini bildirmiş, Xalq artisti də bu təklifə müsbət yanaşmışdı.