"Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike, eks sevgilisi, dünya şöhrətli müğənni Şakiranın onun xəyanətinə işarə edən mahnılar ifa etməsinə ilk dəfə münasibət bildirib.
İspaniyanın "RAC1" radiosunun efirində Pikedən Şakiranın yeni mahnılarını dinləyib-dinləmədiyini soruşublar. O, əvvəlcə bu suala cavab vermək istəməsə də, daha sonra səssizliyini övladlarına görə qoruduğunu deyib:
“Bizim məsuliyyətimiz var: valideynlər övladlarını qorumalıdırlar. Hər kəs özü qərarını verir. Bu haqda danışmaq istəmirəm. Sadəcə övladlarımın yaxşı olmasını istəyirəm. Uşaqlarımla həmişə yaxın münasibətim olub. Heç bir şey məni onların xoşbəxtliyindən daha çox sevindirə bilməz”.
Qeyd edək ki, Şakira Pikedən xəyanətə görə ayrılıb. İkili 11 il münasibətdə olub. Onların iki oğul övladı var - 9 yaşlı Milan və 7 yaşlı Saşa.
Hazırda Pike ilə sevgili olan Klara Çiananın hamilə olduğu deyilir.