Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rafael və Coşqundan Fərdaya cavab

Rafael və Coşqundan Fərdaya cavab

Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov aktyor Fərda Xudaverdiyevin qadın geyimində səhnəyə çıxan sənət adamlarını tənqid etməsinə reaksiya veriblər.

Aktyorlar bu haqda "Şou-xəbər" verilişində danışıblar.

R.İsgəndərov bununla bağlı suallara "Nə deyim? Biz bunu səhnədə edirik. Kimlərsə bu haqda danışırlarsa, özləri bilərlər. Həyatda normal insanlarıq. Bunu səhnədə edirik" cavabını verib.

C.Rəhimov isə "Kimsə piar olmaq istəyirsə, bu mövzu ilə gündəmə gəlir. Çox cılızlaşıb bu söhbət. Burada nənəni də, babanı da, siyasətçini də biz oynayırıq. Yeni parodiyaçıların yetişmələrini istəyirik. Hərənin öz yolu, yanaşması var. Çalışmaq lazımdır ki, iş təqdim edəndə də zövqlü olsun" sözlərini əlavə edib.