Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Papaqatma ənənəsini tənqid etdi, SÖZLƏRİ ÇƏP GƏLDİ

Papaqatma ənənəsini tənqid etdi, SÖZLƏRİ ÇƏP GƏLDİ

Əməkdar artist Mətanət İsgəndərli və qiraətçi Pünhan İsmayıl "Səhər mərkəzi" verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, ifaçılar Novruz bayramında papaq atmaq ənənəsini müzakirə ediblər. P.İsmayıl bu ənənəyə qarşı çıxdığını deyib:

"Köhnə kişilər papağı başına qoyur. Babalarımızın qeyrəti papaqdır. Onu necə yerə atırlar? Hansı cəsarətlə bunu yerə atırlar".

M.İsgəndərli isə buna etiraz edərək "O qədər deyəcəyik, sonra onu da etməyəcəklər. Bir ənənəmiz odur ki, hələ də qalıb. Uşaqlarımız bununla sevinir. Uşaq atır, ağlı da kəsmir. İnsan hər şeyə bir irad tapır" sözlərini deyib. 

Aparıcı Tural Əsədov isə Pünhan İsmayılın sözlərini təsdiqləyərək "Uşaqlar anlamır, amma bizim əlimizdə imkan var ki, onları öyrədək" sözlərini əlavə edib.