Sosial şəbəkə fenomeni Bayram Nurlunun yeni eşq yaşadığı haqda bir neçə gün əvvəl məlumat verdik.
SHOWNEWS.AZ xəbər verir ki, Bayram ilk dəfə olaraq sevgilisini ailəsi ilə tanış edib:
"Çox mədəni və kübar insandı. Anamın, atamın əllərindən öpdü. Onun gəlişinə görə süfrəni özüm bəzədim. Öz əllərimlə hazırladığım şəkərburanı çox bəyəndi. Düzü mən heç hədiyyə almamışdım. O isə mənə üzəri almaz qaşlarla bəzədilmiş qızıl komplekt hədiyyə etdi".
Bayram sevgilişinin ilk dəfə Azərbaycana gəldiyini açıqlayıb:
"Biz onunla xaricdə tanış olmuşduq. Düzünü desəm, keçmiş qaynatamla xaricdə tətil zamanı onunla tanış olmuşdum. Eks qaynatam illərdir onu tanıyır. Heç ağlıma da gəlməzdi ki, ilk görüşdən mənə aşiq olub. Mən o vaxt ona heç o gözlə baxmırdım. Amma ayrılıq olandan sonra ürəyini mənə açdı. Nə olacaq hələ bilmirəm. Çünki ayrılıq mənə pis təsir etdi. Çətin yaşadım. Bir də onu yaşamaq istəmirəm. O məni dəli kimi sevsə də, mən hələ hisslərimin adını bilmirəm. Zamana buraxıram...".